top of page

5 aylıq “sürət” proqramı

Bu proqram artıq öz minimal mümkün məhsulu olan komandalarımız üçün onları daha da inkişaf etdirib inevstisiya yönümlü hala gətirmək məqsədiylə yaradılıb.

Proqram qrafiki

Startap Əsasları

4 HƏFTƏ

Ekspertlərimiz və mentorlarımızla birgə dizayn təfəkkürünu tətbiq edərək və müştəri bazasını inkişaf etdirərək startap ideyalar yarat

MVP-nin

Təsdiqlənməsi

2 HƏFTƏ

Ekspertlərimizin dəstəyi ilə biznes modelinin üzərində işlə və “MVP”-ni bazara çıxarmağa hazırlaş

Strategiya və Maliyyə

3 HƏFTƏ

Biznes strategiyanı inkişaf etdir və startapını potensial investorlara təqdim et

Satış və Marketinq

3 HƏFTƏ

Müştəri və yatırım cəlb edə bilmək üçün startap ekosisteminin lazımi üzvləri ilə çalış və bazara çıxış strategiyanı hazırla

Təqdimatı 

formalaşdırmaq

4 HƏFTƏ

Potensial müştərilər və investorlarla görüşmək imkanı təklif edən “Vençur Günü”-nə hazırlaşmaq üçün təqdimat bacarıqlarını inkişaf etdir

Qəbul Prosesi

online-application.png.png

Onlayn
müraciət

Təlimatdakı addımları izləyərək və bütün lazımi sənədləri yükləmənizdən əmin olaraq müraciət formunu doldurun

application-screening.png.png

Müraciətlərə
baxış

Komandamız son tarixdən öncə olunmuş bütün müraciətləri gözdən keçirəcək. Qoyduğumuz meyarlara uyğun olan ən yaxşı namizədlər seçilərək növbəti mərhələyə keçəcəklər

interview.png.png

SABAH.lab ilə müsahibə

Seçilmiş namizədlərlə canlı müsahibə keçirilir. Burada komandaların öz biznes modelləri və təqdimat bacarıqları əsasında ideyaları qiymətləndiriləcək

mentorship-program-.png.png

Proqram Partnyorları ilə müsahibə

Seçilmiş komandalar proqram partnyorlarımız və idarə heyyətimizə öz ideyalarını təqdim edəcəklər. Onların arasından 10-15 komanda proqramımıza seçiləcək

Dəstək xidmətləri

timeline

Dəstək xidmətləri

Baku Investment Day

“Baku ID” startaplar üçün təşkil olunan, öz ideyalarını investorlara təqdim edə bilmək üçün yaradılmış bir şansdır. Burada startaplar öz biznes modellərini nümayiş etdirəcək, inkubasiya dövründə yaratdıqları startap ideyalarını təqdim edəcəklər.

İnvestorlar isə “Baku ID”-də hələ dəyəri yüksəlməmiş yeni startaplarla tanış olub onlara yatırım etmə fürsəti əldə edəcəklər. 

Tədbirin qonaqları beynəlxalq startap şəbəkəsinin bir üzvünə çevriləcəklər.

"Baku Investment Day": 18 İyul, 2022

Dünyanın ən parlaq beyinlərinə çat

Dünyanın aparıcı təhsil və korporativ müəssisələrinin üzvləri olan tanınmış yerli və beynəlxalq mentor və professorlara çıxış əldə et.

D88A3504.JPG
bottom of page