top of page

2022-ci ildə qlobal startap ekosistemində nələr baş verdi?

2023-cü ilə daxil olduq, 2022-ci ildə baş verən və ekosistemə əhəmiyyətli dərəcədə təsir edən hadisələrə toxunmadan ötən ili ötürmək olmaz. Bu məqaləmizdə hər il baş tutan Qlobal Startap Ekosistemi Hesabatı nəticələri və 2023-cü ilə təsir edəcəyi proqnozlaşdıran startap tendensiyalarından yazdıq.

Qlobal Startup Ekosistemi Hesabatı (QSEGH) 280 ekosistem üzrə 3 milyondan çox şirkətin məlumatlarını təhlil edən illik tədqiqat hesabatıdır. Bu hesabat dünya üzrə 45-dən çox hökumət üçün innovasiya fəaliyyət planı hazırlayan və bu sahə üzrə konsultasiya-tədqiqat şirkəti olan Startup Genome tərəfindən təmin edilir. Bu il hesabat şirkətin təsisçisi Jf Gauthier tərəfindən təqdim edildi və startap sektorunun tendensiyaları ilə bağlı keçən illərlə müqayisədə ciddi fərq yaradacaq fikirlər ortaya qoydu.


🚀 Gəlin bu trendlərə nəzər yetirək:


1. Qlobal Startap Ekosistem sıralamasında dəyişiklik (“Startupblink” jurnalının 2022-ci il hesabat buraxılışı, “Crunchbase” tərəfindən təsdiqlənib)


2020 və 2021-ci illərdə olduğu kimi eyni beş ekosistem yüksək mövqedə qərarlaşıblar. Buna baxmayaraq, Pekin bir pillə geriləyib, Silikon Vadisi hələ də 1-ci yerdədir, Nyu-York və London 2-ci yerdədir. Pekin 3-cü yerdə, Boston isə 4-cü yerdə qərarlaşıb. Seul, Detroyt, Oslo və Helsinki də daxil olmaqla bəzi əsas startap ekosistem mərkəzləri ilk dəfə olaraq Seulun ilk 10-luğa daxil olması ilə öz reytinqlərində əhəmiyyətli dərəcədə yüksəldilər. Ümumilikdə, sıralamada ilk 30-da olan startapların təxminən 50%-i Şimali Amerikadandır. Asiya qitəsi 30%-lə ikinci yerdə qərarlaşıb. Ölkələr üzrə sıralama isə belədir:

  1. Amerika Birləşmiş Ştatları

  2. Birləşmiş Krallıq

  3. İsrail

  4. Kanada

  5. İsveç

Maraqlı faktlar:

  • ABŞ ümumi xalla ən yüksək reytinqli ölkə statusunu qoruyur, ölkənin xalı ikinci sırada olan Böyük Britaniyadan təxminən 4 dəfə çoxdur. Ümumilikdə, ABŞ TOP 1000 startap sıralamasında 257 şəhəri yer alır, bu nəticəyə başqa heç bir ölkə yaxınlaşa bilmir.

  • Böyük Britaniya 3-cü ölkə olan İsrail üzərində liderliyini əhəmiyyətli dərəcədə artırıb. və hazırda dünya startap ekosistemind’ 2-ci ən yüksək reytinqli ölkə kimi möhkəmlənib.

  • İsrail 2021-ci ildə Böyük Britaniyanı devirməkdən bir balaca uzaqda idi, və indi biraz daha uzaqlaşıb. Uğurlu il keçirən Kanadanın milli ekosistemi 4-cü yerdə olsa da, statistikalar ölkənin İsrailə yaxınlaşdığını göstərir. Kanada builki nəticələri ilə sıralamada ondan aşağıda olan ölkələr arasında ciddi bir fərq yaradaraq ekosistemdə “Böyük 4lü” klubunu yaratdı. Bu isə, ondan aşağıda olan ölkələri yalnızca məyus etdi. İndi bu 4-lüyə daxil olmaq daha da çətindir.

  • Azərbaycan bu il sıralamada 85-ci yerdə qərarlaşıb. Bu, ötən il ilə müqayisədə, 3 sıra irəliləyiş deməkdir. SABAH.lab olaraq bu inkişaf uğrunda verdiyimiz töhfə üçün məmnunluq hissi duyuruq!

2. “Unicorn” dalğasında durğunluq?


Ekosistemə ümumi 542 “unicorn” qazandıran 2021-ci ilə nəzərən bu il keçən ilki rəqəmin az qala yarısı qədər - 244 ədəd startap “unicorn”-a çevrildi. Günü-gündən artan innovasiya cəhdlərinə baxmayaraq, bu rəqəmin azalmasının arxasında dayanan səbəblər maraq doğurur.

2022-ci ildə SaaS (xidmət kimi proqram təminatı) növ startaplar ciddi maraq doğurmuşdur. Müxtəlif sənayelərə xidmət edən 6 SaaS startapı bu il unikorn oldu, bu rəqəmlərin 2021-ci ildə 4 və 2020-ci ildə 1 olduğunu vurğulamalıyıq.

SaaS-dən başqa, bu il logistika şirkətləri də investorların diqqətini çəkib. Asiya ölkələrinin, xüsusilə də Hindistanın ekosistemi bu növ startaplarda qlobal ekosistemə daha çox töhfə verməyə başladı. Üç yeni logistik startap – XpressBees, Elastic Run və ShipRocket unikorna çevrilərək, təkcə Hindistandakı logistik unikornların ümumi sayını 7-yə çatdırıb: 2021-ci ildə unikorn adı daşıyan yalnız bir yeni logistik var idi, 2020-ci ildə isə heç biri.


3. Tech yüksəlməyə davam edir!

Pandemiyadan bəri texnologiyayönümlü layihələr irəli sürən şirkətlər texnologiyayönümlü olmayan müəssisələrdən 2-3 dəfə çox böyüdü. 2023-də müştəri təcrübəsinin əhəmiyyət kəsb etdiyi şirkətlərin öz müştəri databazası və onun inkişafı üçün yeni və daha çox texnoloji alətlərə keçid edəcəyi gözlənilir. Okeaniya regionunda fintech kimi alt sektorlar üstünlük təşkil edir və ümumi vençur kapitalist maliyyələşdirməsinin təxminən 30%-ni təşkil edir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə böyük rol oynayacağı proqnozlaşdırılan texnologiya innovasiya sektoru üçün yaxşı xəbərdir.


📌 Yekunda ekosistemin bizə işarə etdiyi siqnallara əsasən bildirməliyik ki, 2023-cü ildə texnologiya və rəqəmsalyönümlü startapların sayı daha da artacaq. İnvestorlar bu tendensiyaya uyğun olaraq, iqlim, mühit, dayanıqlı inkişaf məqsədləri və insan rahatlığına önəm verən biznes modellərinə daha çox diqqət yetirəcək.




bottom of page