Sahibkarlığa addımlayan hər kəsin ideyanı reallaşdırmaq üçün bir yardım əlinə ehtiyacı olur. Bu məqamda akseleratorlar və inkubatorlar ilk ağla gələnlərdir. Gəlin akseleratorların startapların inkişafındakı rolundan danışaq.
Startap akseleratoru yeni yaranmış startaplara təhsil, mentor dəstəyi, investisiya və digər üstünlüklər vasitəsiylə startapların inkişafına təkan verir. Startaplar akselerasiya mərkəzlərinə müəyyən vaxt aralığında daxil olurlar (adətən 3 və ya 6 aylıq). Bu vaxt ərzində onlar startap təhsili alır, bu sahədə yetəri qədər təcrübəyə sahib mentorlarla görüşüb onlardan rəy əldə edir və investisiya qazanırlar. İnvestisiya həm akselerasiya həm də akselerasiya mərkəzinin yaratdığı investor şəbəkəsindən əldə edilə bilir. Bəzi akseleratorlar daha spesifik sahələrə üstünlük versələr də, adətən, hər bir industriyadan olan startapın akselerasiyaya qoşulmaq şansı olur.
Startapların bir digər yardımçı əli isə inkubasiya mərkəzlərdir, hansı ki startaplar üçün əməkdaşlıq porqramları təşkil edirlər.
Akseleratorlar və inkubatorlar: hansını seçməli?
Həm akseleratorlar həm inkubatorlar bir məqsəd üçün: startapları daha da inkişaf etdirmək üçün çalışırlar. Lakin onlar bu məqsədə çatmaq üçün müxtəlif cür işləyirlər. Akseleratorlara nisbətən inkubatorlar adətən ödənişlidirlər, ofis xidməti və texniki ləvazimatlarla təmin edirlər.Lakin hər ikisi starta təhsili və investisiya ilə təmin edir və seçim mərhələsi əsasında startapları qəbul edirlər.
Ən tanınmış akseleratorlar:
ABŞ sahibkarlığın ən çox inkişaf etdiyi ölkə olduğu kimi akseleratorların da ən çox populyar olduğu ölkədir. Ən tanınmış akseleratorların bəzilərini təqdim edirik:
Y Combinator - akseleratorların pioneri hesab olunur. 2005-ci ildə əsası qoyulan akselerasiya mərkəzi ildə iki dəfə proqram qeydiyyatı təşkil edir və öz rezidentlərini Demo Gününə kimi inkişaf etdirir. Airbnb, Dropbox, Reddit kimi tanınan startaplar Y Combinatordan məzun olmuş startaplardır.
Techstars - Y Combinatordan cəmi 1 il sonra yaradılıb. Fəaliyyət dövrü ərzində 1000-dən çox startapı məzun etmiş, 8 Milyard Dollardan çox yatırım etmişdir. 6 % hissə qarşılığı əsasında Techstars hər rezidentini 20.000 ABŞ Dolları ilə təmin edir.
500 Startups - akseleratorların ən “əliaçıq” olanı hesab edilir. 500 Startups-ın rezidentləri 6 % hissə qarşılığında 150.000 ABŞ Dolları investisiya almaq imkanına sahibdirlər. İndiyə qədər 500 Startups 75 ölkədə startaplara yatırım etmişdir. Həmçinin o, uğurlu çıxış strategiyaları ilə məşhurdur.
Plug and Play - Statistikaya əsasən son 10 il ərzində Plug and Play 1450 startapı rezident etmişdir. Onların arasında Dropbox və PayPal da yer alıb.
Comentários