top of page

Dünyanın 100 ən məşhur startap akseleratoru

Dünyanın ən məşhur texnoloji şirkətləri zaman-zaman akseleratorların dəstəyindən keçiblər ki, bunların arasında unikorn startaplar da yer alır. Məsələn, Airbnb, Stripe, Brex kimi məşhur unikornlar akselerator dəstəyi almış startaplar arasındadır.


Hər bir sahibkar startap qurmağın çətinliyindən bəhs edir. Üstəlik, startap dünyasının statistikasına nəzər yetirsək, görərik ki, uğursuzluq hekayələri üstünlük təşkil edir. Lakin, akseleratorların buradakı əsas missiyası isə potensiallı startapları ilkin mərhələdə özünə cəlb edib uğursuzluq riskini azaltmaqdır.


Bu bloqda isə tanımalı olduğunuz, bəlkə də gələcəkdə biznesinizi qurmaq üçün müraciət edə biləcəyiniz bütün dünya üzrə ən tanınmış startap akseleratorlara nəzər yetirəcəyik.


Avropa


1. Entrepreneur First Bu akselerasiya mərkəzi daha çox “komanda öncəsi” və yaxud “ideya öncəsi” mərhələlərdəki startapları özünə cəlb edir. Buradakı 6 aylıq akselerasiya proqramı startaplara onların yarandığı gündən ilk 200 gün ərzində dəstək göstərir.


2. StartupWiseGuys ilkin mərhələdə olan startaplara yatırım edir. İndiyə kimi akselerasiyadan 145 startap keçib və 200-dən çox beynəlxalq mentorlar startapların inkişafına dəstək olurlar. 3 aylıq akselerasiya proqramı çərçivəsində startaplar ideyalarını doğrulayır, inkişaf etdirir, satış edir və müştəri profillərini formalaşdırırlar. Bu akselerasiya mərkəzinin hədəf kütləsi Avropanın mərkəzi və şərqi bölgələrindəki startaplardır, lakin bəzən Skandinaviya bölgəsi də buraya qoşula bilir.


3. Startupbootcamp 3 aylıq akselerasiya proqramı çərçivəsində startapları investisiya və mentor dəstəyi ilə təmin edir. 3 ay ərzində startaplar 15 min Avro toxum investisiya əldə edir, üstəlik Vençur Günləri ərzində 400-dən çox investor qarşısında ideya təqdimatı edirlər.


4. Plug and Play həm startap akselerasiya kimi, həm də vençur studiyası kimi fəaliyyət göstərir. Burada startaplar mentorlar, müştərilər və investorlar şəbəkəsinə çıxış əldə edirlər.


5. Buildit Baltikyanı və Skandinaviya ölkələri üçün fəaliyyətə başlayan ilk akselerasiya mərkəzidir. 3 aylıq akselerasiya proqramı isə startapları mentorluq, məhsul və biznes inkişafı ilə təmin edir. Üstəlik, proqram iştirakçısı olan startaplar 2 il müddətində mentor dəstəyi almaqda davam edirlər.


6. European Pioneers Avropa qitəsində kiçik və orta rəqəmsal bizneslərin inkişafına fokuslanır. 8 aylıq akselerasiya proqramına həmçinin dövlət maliyyələşdirməsi daxildir.

7. Zero Gravity daha çox təsisçilərin inkişafına fokuslanır. Burada təsisçilər 3 aylıq mentorluq proqramı ilə təmin olunaraq vörkşoplara qatılırlar, ofis xidməti ilə təmin olunurlar və öz vençurlarını inkişaf etdirirlər.


8. World Startup Factory -də təsisçilər ilk öncə 30 günlük təlim düşərgəsinə qoşulurlar. Buradan uğurla ayrılan startap təsisçiləri 5 aylıq startap akselerasiya proqramına qoşularaq startaplarını inkişaf etdirmək üçün çalışırlar.

9. Huckletree Alpha Programme 12 həftəlik akselerasiya proqramı müddətində London və Dublin şəhərlərində təsis olunan toxum öncəsi mərhələdə olan startaplara təqdimat praktikası, sahə ekspertlərinin keçdiyi vörkşoplar, icmadan rəylər, tərəfdaşlar və investorlar təklif edir.


10. Founders Factory ilkin mərhələdə olan bizneslərin inkişafını sürətləndirir. Onlar startapları toxum öncəsi yatırım, çevik texnologiya, akselerasiya və dünya standartlarına uyğun mentorlarla təmin edirlər.


11. Rockstart Accelerator Avropada ilk yaranan startap akselerasiya mərkəzlərindəndir. Hal-hazırda mərkəz Enerji, Tibb, Aqrar sahələrə aid startapları qəbul edir. Burada startaplar kapital, bazar icması, tərəfdaşlar, investorlar, mentorlar şəbəkəsinə çıxışla təmin olunurlar.


12. Katapult Accelerator texnoloji startapları proqramlarına qəbul edərək müxtəlif üstünlüklər təklif edirlər.


13. The Startup Training ilkin mərhələ startapları fandreyzinq mərhələsinə qədər lazımi göstəricilərlə təmin edən akselerasiya mərkəzidir. Burada startapların biznes modellərinin inkişafına üstünlük verilir və onlar daha dayanıqlı, irimiqyaslı alətlərlə təmin olunurlar.


14. Alpha Programme London = Huckletree Alpha Programme


15. Hackquarters 3 aydan 12 aya kimi davam edən akselerasiya proqramı çərçivəsində startaplar investor, mentor və digər üstünlük şəbəkələrinə çıxış əldə edə bilirlər. Bugünə qədər akselerasiyadan 150-dən çox startap keçib.


16. Hatch Blue “aquaculture”, ərzaq, səhiyyə, genetika, texnologiya sahələrinə aid olan startaplara inkişafda dəstək göstərir.


17. Zinc 9 aylıq akselerasiya proqramı ərzində 50 təsisçi ilə həmtəsisçini bir araya gətirərək startapların qurulmasında dəstək göstərir.


Asiya


1. Antler qlobal startap akselerasiya mərkəzi və ilkin mərhələ startaplar üçün vençur kapital firmasıdır. Antlerin əsas məqsədi qlobal miqyasda startapları yaradıb inkişaf etdirməkdir. Onlar individual şəkildə müraciətlər qəbul edib müsahibə ilə təsisçilər seçirlər, onlar üçün düzgün həmtəsisçi və komanda yoldaşları taparaq komandalar qururlar. Proqrama qəbulun ilk günündən bəri onlar yatırım edərək baryerləri qırır və startapları qlobal investor və mentor şəbəkəsi ilə təmin edirlər. Həmçinin əvvəlcədən əldə edilən toxum yatırım sayəsində komandaların məhsul yaradıb inkişaf etdirmək prosesi sürətlənir.


2. Brinc texnologiya yönümlü biznesləri bir araya gətirir və onlara müxtəlif proqramlar, xidmətlər və satış dəstəyi təklif edirlər.


3. SparcLabs Accelerator da qlobal startap akselerasiya mərkəzləri siyahısında yer alır. Qlobal bazara çıxmaq üçün onlar öz proqram iştirakçılarını investisiya almaq yolları, mentor dəstəyi ilə təmin edirlər. Buradakı startaplar əsasən ABŞ, Çin və Yaponiya kimi böyük bazarlara daxil ola bilmək üçün inkişaf etdirilirlər.


4. Zeroth.AI əsasən Asiya qitəsində təsis olunan startaplara fokuslanır. Akselerasiya mərkəzinin əsas hədəf kütləsi süni intellekt üzərinə formalaşan startaplardır. 3 aylıq proqram çərçivəsində Zeroth 20-120 min ABŞ Dolları arasında yatırım edir və qarşılığında 6 % hissə qazanır.


5. Primer ilkin mərhələdə olan startaplara inkişaf üçün toxum yatırım, mentorluq və digər dəstəklər təklif edir.


6. Oasis500 İordaniyada yerləşən toxum investisiya və biznes akselerasiya şirkətidir. Şirkət əsasən texnologiya və kreativ sahələrdə yaranan startaplara üstünlük verir.


7. Chinaccelerator proqram təminatı startaplarına toxum yatırım, mentor dəstəyi, leqal dəstək ilə təmin edir. İldə iki dəfə mərkəz startapları özünə cəlb edir və 30 min ABŞ dolları qarşılığında 6 faiz hissə əldə edir. İştirakçı startaplar Şanxay şəhərində təsis olunaraq bazara çıxış, inkişaf strategiyası və investorlar şəbəkəsi imkanları ilə təmin olunurlar.


8. HAX texniki təminat yönümlü təsis olunmuş startapları özünə cəlb edən vençur kapital studiyasıdır. Şenjen və San-Fransisko şəhərlərində yerləşən startapları müxtəlif lazımi resurslarla təmin edir. Bugünə kimi akselerasiyadan 200-dən çox startap keçmişdir.


9. Tribe Accelerator Sinqapur höküməti tərəfindən maliyyələşdirilən blokçeyn akseleratordur. Akselerasiya mərkəzi əsasən hazır startapları özünə cəlb edərək məhsullarının inkişafına fokuslanır. Burada startaplar qlobal korporativ şəbəkə, dövlət agentlikləri və top blokçeyn şirkətlərinə çıxış əldə edirlər.


10. Neoply Cənubi Koreya startaplarının inkişafına diqqıt edən akselerasiya mərkəzidir. Burada startaplar mələk yatırım, ofis xidməti və mentorluq üstünlüklərindən yararlanırlar. İndiyə kimi həm inkubasiya, həm də akselerasiyadan keçən startapların sayı 40-dır.


11. AppWorks Cənub-Şərqi Asiya regionunun ən nəhəng startap akselerasiya mərkəzidir. Hər 6 aydan bir akselerasiyaya süni intellekt, blokçeyn sahələrində yaranan ən güclü 30-40 startap cəlb olunur. Ekosistemin ən böyük akseleratorlarından biri olan AppWorks indiyə kimi 350-dən çox startapın inkişafına dəstək göstərib, 1000-dən çox təsisçi yetişdirib və 10.000-dən çox iş imkanı yaradıb.


12. CoWrks Foundry hər sahəyə uyğun kurrikulum yaradaraq startapları mentor dəstəyi ilə təmin edirlər.


13. 1337 Ventures Malaziyada və Cənub-Şərqi Asiya regionunda yaranan texnologiya yönümlü startapların inkişafında yardımçı olur. Akselerasiya əsasən startapları toxumdan öncə və toxum yatırımla təmin edir.


14. India Accelerator -un 4 aylıq proqramlarına isə startapların inkişafı üçün biznes xidməti, inkubasiya arenası, məshul inkişafına fokuslanan mentor dəstəyi daxildir.


15. SuperCharger Maliyyə texnologiyasının inkişafına fokuslanır. Onlar startapları inkişaf etdirmək üçün Çinin böyük bankları ilə əməkdaşlıq içərisindədirlər.


16. Z Nation Lab texnoloji startaplara və onların təsisçilərinə ilkin mərhələ akselerasiyası təklif edir. Həmçinin mərkəz özündə toxum kapitalı və netvörk-ü birləşdirən toxum fondu kimi fəaliyyət göstərir.


17. NFQ Asia e-ticarət və proqram təminatı inkişafı yönündə yaranan startapları inkişaf etdirir. Onların təklif etdiyi xidmətlər arasında strateji inkişaf, İT mühəndisliyi, əməliyyatların miqyasının böyüdülməsi, biznes inkişafı, məhsul inkişafı və bazar marketinqi yer alır.


18. Axilor Ventures ilkin mərhələ startapları üçün hım toxum yatırım fondu, həm də startap akselerasiya mərkəzi kimi fəaliyyət göstərir. Son 3 il ərzində 80-dən çox startap akselerasiya proqramından məzun olmuşdur. Mərkəzin aktiv məzun şəbəkəsi, 150-dən çox məzun təsisçisi və 30-dan çox xarici yatırım almış məzun startapı var.


Afrika


1. Flat6Labs Sawari Ventures-in tərkibində fəaliyyət göstərən akselerasiya mərkəzidir və əsas hədəfi ilkin mərhələdə olan startaplara toxum yatırım etməkdir. Hər 4 aydan bir Misirdə və Yaxın Şərq və Şimali Afrika bölgəsində təsis olunan startaplar seçilərək akselerasiyaya qəbul olurlar. Üstəlik, startaplar Qahirənin Amerika Universitetindən cəlb olunan professorların təşkil etdiyi startap təhsili ilə təmin olunurlar.


2. Spring Accelerator maliyyə dəstəyi, dünyaca nüfuzlu mentorların dəstəyi, texniki ekspertiza ilə təminatı verən startap akselerasiya mərkəzidir. USAID kimi daha bir neçə nüfuzlu təşkilat tərəfindən dəstək alan bu akselerator məhsul və xidmət inkişafına üstünlük verir.


3. 88mph -in hədəf kütləsi veb və mobil tətbiq üzərinə qurulan startaplardır və onlar 3 aylıq akselerasiya proqramı ərzində 100 min ABŞ Dolları dəyərində yatırım əldə edə bilirlər. Akselerasiya mərkəzi startapları məhsul inkişafı üzrə məsləhət, bazara çıxış strategiyası, şirkət strukturlaşması, işə qəbul, miqyaslaşma, maliyyə məsələləri üzrə dəstəklə təmin edir.


4. AUC Venture Lab (V-Lab) Misirdə yerləşən ilk universitet nəzdində biznes inkubatordur. Buraya ilkin mərhələ və inkişaf mərhələsində olan startap bizneslər qoşula bilir. Seçim prosesi zamanı komandanın ideyasına, birliyinə, miqyasının genişlənmə qabiliyyətinə, ticari potensialının mövcudluğuna və öhdəliklərinə baxılır.


5. StartupBootcamp Cape Town blokçeyn, əlaqələnən cihazlar, ödəniş üsulları, e-ticarət, alternativ maliyyə, data analitikası və digər texnologiya yönümlü startaplara fokuslanan akselerasiya mərkəzidir. Hər dəfə yüzlərlə müraciət içərisindən 10 ən güclü startap layihə seçilərək 15 min Avro toxum investisiya, 100-dən çox mentordan dəstək, pulsuz ofis xidməti və geniş şəbəkə ilə təmin olunurlar.


6. 1864 Accelerator Misirin ilk maliyyə texnologiyaları yönümlü akselerasiya mərkəzidir. Misirin “Barclays” Bankı ilə tərəfdaşlıq əsasında fəaliyyət göstərən bu akselerator Flat6Labs-in nəzdindədir.


7. Techqala startaplara 9 günlük proqram təklif edir və buraya müxtəlif müzakirələr, praktiki çalışmalar, mentor dəstəyi, ekspertlərlə birbaşa görüş daxildir.


8. Seed Engine startap akseleratoru təsisçilərə mentor dəstəyi təklif edərək onların lider kimi inkişafına fokuslanır. 12 həftəlik akselerasiya proqramında təsisçilər vençur kapitalistlərindən, mentorlardan və psixoloqlardan dəstək alırlar və hər il 10 startap bu akselerasiyaya qoşulur.


9. Velociti ZW 6 aylıq akselerasiya proqramı sayəsində ilkin mərhələdə olan startaplar kapital, müxtəlif resurslara çıxış, məsləhətçi və mentorlarla görüşlər və akselerasiyanın icmasına üzvlük əldə edirlər.


10. Aurik Business Accelerator ilkin mərhələdə olan startap bizneslərin inkişafı və gəlirliliyində dəstək göstərir.


Avstraliya


1. LaunchVic sahibkarlarla, sahə professionalları ilə tərəfdaşlıq əsasında sahibkarlıq və startap ekosisteminin gücləndirilməsi üçün işləyir.


2. BlueChilli 6 ildən daha çox fəaliyyət göstərdiyi müddət ərzində təsisçilərə məhsulun işlənib hazırlanmasında, komanda qurulmasında dəstək göstərir. Akselerasiyadan məzun olmuş startaplardan bir neçəsi “Exit” etmiş, biri isə “IPO” mərhələsinə gəlib çıxmışdır.


3. H2 Ventures həm startap akselerasiya mərkəzi, həm də vençur kapital fondu kimi fəaliyyət göstərir. 20 həftəlik akselerasiya proqramı maliyyə texnologiyaları, süni intellekt, data elmləri üzərinə təsis olunan startapları cəlb edərək onları təkmilləşdirir. Burada startaplar kapital, mentorluq və digər üstünlüklərlə təmin olunurlar.


4. Incubate 14 həftəlik akselerasiya proqramına həmçinin ilkin mərhələ və toxum investisiya ilə təmin olunma da daxildir. İndiyə kimi akselerasiyadan 80-dən çox startap məzun olmuşdur.


5. muru-D startaplar üçün 6 aylıq akselerasiya proqramı təşkil edərək onları beynəlxalq mentorlar şəbəkəsinə çıxış, investor və tərəfdaşlarla görüşlər, kovörkinq xidməti ilə təmin edir.


6. Innovyz -un akselerasiya proqramı 13 həftəni əhatə edir. Burada seçilən startap komandalar 20 min ABŞ Dolları, mentor dəstəyi, potensial investorlarla görüş kimi üstünlüklərdən faydalanırlar.


7. Startmate də 1 qrup startap təsisçiləri yeni yaranmış startaplara toxum investisiya təklifləri edir. 3 aylıq proqram çərçivəsində startaplar 75 min Dollarlıq investisiya, 40-dan çox uğurlu təsisçidən mentor dəstəyi, leqal məsələlərdə dəstək və Silikon Vadisinə 1 həftəlik ziyarət əldə edirlər.


8. QUT Creative Enterprise Australia – kreativ sahədə yaranan startapların inkişafında dəstək göstərir. Burada həmçinin startaplar 0-dan yaranaraq akselerasiya içərisində inkişaf edə və digər kreativ industriya mənsubları ilə əlaqə yarada bilərlər. CEA startaplara kovörkinq xidməti, icma tədbirlərində iştirak, netvörkinq və kapital təklif edir.


9. Sparklabs Cultiv8Sparklabs Qrup – Asiyada fəaliyyət göstərən tek akselerator tərəfindən bir çox korporativ şirkətlərlə birgə təsis edilmişdir.


10. AngelCube3 aylıq proqramı startaplara məhsulun inkişaf etməsində, miqyasın böyüməsində dəstək göstərir. Hər qrupa 10 komanda daxil edən akselerasiya mərkəzi startaplara məhsul inkişafı, bazara çıxış strategiyaları, müştəri cəlb olunması və investisiya əldə edilməsində yardımçı olur.


11. CyRisekiber təhlükəsizlik üzərinə təsis olunan startapların inkişafına dəstək göstərir. 6 aylıq akselerasiya proqramında startaplar mentorluq, icma tədbirlərində iştirak, müştəri bazası toplamaq kimi xidmətlərdən yararlanırlar.


12. SproutX Findex və Milli Fermerlər Federasiyasının birgə tərəfdaşlığı əsasında fəaliyyət göstərir. Burada aqrar texnologiyalar üzərinə qurulan ilkin mərhələ startaplarına inkişafda dəstək göstərilir. Startaplar 40 min Dollar toxum investisiya, 6 aylıq pulsuz ofis xidməti, Avstraliyanın aqrar müəssisələrinə çıxış əldə edirlər.


13. RCL Accelerator 3 aylıq akselerasiya proqramına 10 startap cəlb edərək ümumən 60 min Dollar yatırım edirlər. Həmçinin startaplar Brizben şəhərində fəaliyyət göstərirlər.


Şimali Amerika


1. Y Combinator dünyanın ən məşhur startap akseleratoru kimi tanınır. Buradan məzun olan startapların arasında “unicorn” statusu əldə etmiş startapların sayı çoxalmaqda davam edir. Airbnb, Dropbox, Reddit kimi startaplar YC məzunları arasında yer alırlar.


2. Techstars ın geniş mentor və icma şəbəkəsi yeni qoşulan akselerasiya üzvlərinə mentor dəstəyi, maliyyə məsləhətləri ilə təmin edirlər.


3. StartUp Healthbeynəlxalq startap akselerasiya mərkəzi olub 5 qitə üzrə, 18 ölkə və 60 şəhərdə fəaliyyət göstərir. 12 məzun kompaniya Intel, Zimmer kimi böyük şirkətlər tərəfindən alınıb. 2012-ci ildən bu yana akselerasiya üzvləri 800 milyon ABŞ Dolları həcmində yatırım cəlb etməyə nail olublar.


4. 500 Startups74 ölkədə fəaliyyət göstərən ən geniş şəbəkəli startap akselerasiya mərkəzlərindən biridir. İnvestisiyadan əlavə, 500 Startups qlobal tərəfdaşlıqlar, tədbirlər, konfranslar və proqramlar təşkil edir.


5. Alchemist Acceleratorəsasən biznesdən biznesə yönümlü yaranan və müştərisi böyük müəssisələr olan startapları cəlb edir.


6. Women’s Startup Lab qadın startap təsisçilərin inkişafına fokuslanır. Həmçinin akselerasiyanın mentor şəbəkəsi də müvəfəqiyyətli startap təsisçiləri olan qadınlardan ibarətdir.


7. Dreamit Venturessəhiyyə, daşınmaz əmlak, təhlükəsizlik sahələrində təsis olunan startapların inkişafına dəstək olur. Bugünə kimi akselerasiyadan məzun olan startapların sayı 300-ü ötür.


8. Google Launchpad Accelerator – 6 aylıq akselerasiya proqramına Google-un mühəndisləri ilə görüşlər, Silikon Vadisi ekspertləri ilə şəbəkə qurmaq, dünyanın ən tanınmış startap ekspertlərindən mentor dəstəyi daxildir.


9. The Company Lab qeyri-kommersiya tipli fəaliyyət göstərən startap akselerasiya mərkəzidir. Sadəcə Tennessi ştatında qurulan startapların inkişafına dəstək olur.


10. 100K Ventures – “100 K pipeline” -a uyğun gələn ilkin mərhələ startaplarının yatırımı ilə məşğul olur.


11. VertueLabmaliyyə dəstəyi, tərəfdaşlıq qurma imkanları təqdim edir. Əsasən texnologiya yönümlü startaplar akseleratorun hədəf kütləsidir.


12. Expa da geniş şəbəkəyə malik startap akseleratorlarından biridir. Mərkəzin həmtəsisçilərindən biri həm də Uber-in həmtəsisçisi olan Qarrett Kamp-dır.


13. Union Kitchen - əsasən qida şəbəkələri, qida təhlükəsizliyi sahələrində yaranan startapları inkişaf etdirir. Mərkəzin akselerasiya proqramı 12 həftəni əhatə edir.


14. MassChallenge də qlobal qeyri-kommersiya startap akseleratorlarından biridir. Mərkəz əsasən təsisçilərə mentor dəstəyi göstərir.


15. Village Capital - əsasən real dünyada hazırkı problemlərin həllinə fokuslanan startaplara dəstək verir. Akselerator həmçinin geniş netvörkinq imkanları yaradır.


16. Plug and Play - əsasən toxum, “Seriya A” mərhələsində olan startaplara investisiya edir. Onun ildə 2 dəfə həyata keçirilən akselerasiya proqramına 12 sahədən olan startaplar qəbul olmaq şansı əldə edir.


17. Cogo Labs in əsas missiyası texnoloji startapların yatırıma cəlb olunmasıdır.


18. Clean Energy Trust - əsasən ətraf-mühitin təmizlənməsi yönündə təsis olunan startapların inkişafını hədəfləyir. Enerji sərfiyyatı, aqrar texnologiyalar, transportasiya texnologiyaları sahələrində təsis olunan startaplar akselerasiyadan yararlana bilərlər.


19. Startup UCLA Accelerator ofis xidməti, leqal məsələlərdə dəstək, mentor dəstəyi ilə startapları təmin edir. 10 həftəlik proqram ən qabaqcıl mentorlar və investorlar tərəfindən aparılır.


20. Smarter in the Citynin 5 aylıq akselerasiya proqramı rəqəmsal media, kompyuter elmləri sahələrində təsis olunan və kiçik miqyaslı startapları inkişaf etdirir. İdeyalarını reallaşdırmaq üçün təsisçilər təqaüd, mentor dəstəyi və ofis xidməti ilə təmin olunurlar.


21. MouseBelt sadəcə blokçeyn əsaslı startapları inkişaf etdirir. Akselerasiyanın icma üzvləri tanınmış developer, marketinq işçiləri, biznesin inkişafı üzrə ekspertlərdən ibarətdir.


22. Lair East Labs ABŞ-da təsis olunan startaplara fokuslansa da, onları Asiya bazarına çıxışla təmin edir. 10 həftəlik akselerasiya proqramına hər səfər 10-12 komanda qoşularaq akselerasiyadan keçirlər.


23. Creative Destruction Lab elm və texnologiya yönümlü startapların inkişafına dəstək olur. Buraya qoşulan startaplar toxum mərhələsində olmalıdır. Süni intellekt, səhiyyə, blokçeyn üzərinə qurulmuş startaplar akselerasiyaya qəbul olurlar.


24. NEXT Canada nın digər akseleratorlardan fərqi odur ki, onun əsas missiyası xüsusi sahələrə fokuslanmaq deyil, daha ümumi sferadan baxmaqdır. Akseleratorun əsas məqsədi güclü və firəvan ekosistemə, dolayısı ilə iqtisadi inkişafa təkan verməkdir.


25. TandemLaunchdünyanın qabaqcıl təshil müəssisələri ilə tərəfdaşlıq əsasında fəaliyyət göstərir. Akselerasiya proqramına mentor dəstəyi, biznes resusrsları ilə təmin, 800 min ABŞ Dollarına qədər yatırım daxildir.


26. Victory Square ən qabaqcıl texnologiya yönümlü akselerasiya mərkəzlərindən biridir.


27. FounderFuel - əsasən mentor dəstəyi üzərinə formalaşan vençur akseleratorudur. Akselerasiya proqraml 3 ay müddətində davam edir.


28. Accelerator Center – mentor dəstəyi, proqramlaşdırma, netvörkinq, maliyyə dəstəyi ilə təmin edən akselerasiya mərkəzidir. Akseleratorun əsas hədəfi yeni yaranmış startapların miqyasını genişləndirməkdir.


Cənubi Amerika


1. WOW Aceleradora startaplarla investorlar arasında əlaqə yaratmaq məqsədi ilə fəaliyyət göstərir. Akselerasiyada həmçinin mentor dəstıyi də mövcuddur.


2. Start-Up ChileCənubi Amerikanın ən nəhəng startap akseleratorlarından biridir. Hər il akselerasiyadan 160-a yaxın startap keçir. Mərkəzin həm pre-akselerasiya, həm də toxum mərhələsində olan startapların inkişafı üçün proqramları mövcuddur.


3. Startup BragaMicrosoft ilə əməkdaşlıq əsasında fəaliyyət göstərir. Mərkəz daha çox qlobal miqyaslı startapların inkişafına fokuslanır.


4. Ace Startups Braziliyada fəaliyyət göstərir və startapları mentor dəstəyi ilə təmin edir. Bugünə kimi akselerasiyadan 250 startap məzun olmuş və 10 “exit” olmuşdur.


5. Startup Farm öz biznesini yaratmaq istəyən, sahibkarlıq potensialı olan gənclərə düzgün biznes qurmağın yollarını öyrədən mentor dəstəyi ilə təmin edir.


6. APXilkin mərhələdə olan startapların inkişaf edib onların Avropa bazarına çıxmasında dəstək göstərir. 100 günlük akselerasiyadan keçən startaplar yatırıma yönümlü mərhələyə gəlirlər.


7. GLOCAL kənd təsərrüfatı üzərinə formalaşan startapların inkişafında yardımçı olur. Latın Amerkası zonasında yerləşən kənd təsərrüfatı startapları akselerasiyadan netvörkinq və mentor dəstəyi əldə edə bilərlər.


8. 21212 Rio De Janeyroda və Nyu-Yorkda təsis olunan rəqəmsal yönümlü startapların inkişafına dəstək göstərir. Akselerasiya proqramına qoşulan startaplar komanda qurmağın, biznesi inkişaf etdirməyin, investisiya cəlb etməyin yollarını öyrənirlər.


9. CotidianoBraziliyanın 8 ştatında fəaliyyət göstərir. 12 həftəlik akselerasiya proqramı ildə iki dəfə təşkil edilir və hər startap 30 min ABŞ Dollarına qədər investisiya cəlb etmək şansı əldə edir.


10. Papaya Ventures – dizayn təfəkkürü və istifadəçi təcrübəsi sahələrində təsis olunan startaplar üçün yaranmış akseleratordur. Mentorluq isə daha çox trenddə olan biznes mövzularına əsasən aparılır.


11. Imagine Lab – Çili və Argentinada fəaliyyət göstərir. İnnovativ və texnoloji startapların inkişafına dəstək olan bu akselerator Microsoft tərəfindən maliyyələşdirilir.


12. Embarcanın 5 aylıq akselerasiya proqramı startaplara 50 min Dollar dəyərində investisiya, mentorluq və satış kanallarına çıxışla təmin edir.


13. PortXLdənizçilik sahəsində qurulan startaplara mentor dəstəyi, qlobal şəbəkəyə çıxış, və tərəfdaşlıq təklifləri təqdim edir.


14. Barcelona VenturesBarselonada təsis olunan startapları inkişaf etdirərək ABŞ bazarına çıxışla təmin edir.


Comments


bottom of page