top of page

Startaplar ChatGPT-ni öz əməliyyatları üçün necə istifadə etməlidir?

Updated: Feb 5, 2023

Texnologiya artıq reallığa çevrilib. Son günlərin trendi ChatGPT-nin kəşfindən sonra bizneslərin əməliyyatlarında, o cümlədən startap ekosistemində ciddi dəyişiklər görəcəyimizi təxmin etmək elə də çətin deyil. "Bəs nə kimi məqsədlər üçün ChatGPT startaplara xeyir verə bilər?" - bu sual sizi də düşündürüb? Elə isə, getdik! 👇🏻


“ChatGPT haqda eşidirəm, ancaq həqiqətən necə işləyir, anlaya bilmirəm!”

Qısaca deyək ki, GPT-3 (Generative Pre-trained Transformer 3) OpenAI adlı şirkət tərəfindən hazırlanmış təbii dildə mətn yaratmaq üçün maşından istifadə edən dil yaratmaq modelidir. ChatGPT isə mətn əsaslı cavablar və ya ona verilən suallara danışıq üslubunda cavablar yaratmaq üçün xüsusi olaraq hazırlanmış GPT-3 variantıdır. ChatGPT-nin istehsal etdiyi chatbotlarla apara biləcəyiniz söhbət yaxın dostunuzla danışmaq qədər təbii gələrsə, təəccüblənməyin! 🤩


“Startapım var, ChatGPT-dən necə yararlana bilərəm?”

Qısa olaraq, startapınız üçün faydalı ola biləcək funksiyaları sizə təqdim edirik:


  1. Dəstək xidməti - ChatGPT müştərilərin sual və problemlərinə cavab vermək üçün səmərəli ola bilər. Platformada yaradacağınız chatbot canlı və ya oflayn çat üzərindən müştəri xidmətləri əməliyyatlarını əvəz edəcək, işçi işə götürmək və ya infrastruktur yaratmaq xərclərinizi sıfıra endirəcək və ya ən azı iş heyətinin yükünü azaldacaq. Beləliklə, komandanızın daha mürəkkəb məsələlərə diqqət yetirmək üçün vaxtı olacaq.

  2. Kontent marketinq - yeni fəaliyyətə başlamış startapların çətinlik çəkdiyi mövzulardan biri brendin mesajını düzgün şəkildə müştərilərə çatmaqdır. Bunu etmək üçün insan əməyi və kreativ düşüncə tələb olunur. ChatGPT vasitəsilə bunu etmək çox sadədir: çatdırmaq istədiyiniz mesajı teqlər və ya açar sözlər daxil edirsiniz, qısa vaxt ərzində brend tonunuza uyğun mətnlər əlinizin altında olur.

  3. Mesajların cavablandırılması - hamımıza aydındır ki, artıq satış etmək və müştəri loyallığı yaratmaq üçün mesajların və kommentlərin cavablandırılması vacibdir. Bu prosesi düzgün və müntəzəm etməyi süni intellektə etibar etmək olarmı? Təcrübələr göstərir ki, ChatGPT asanlıqla şərhlərinizə və mesajlarınıza təbii və qısa zamanda cavab verə bilər. Siz rahatlıqla süni intellektə əsaslanan sosial media meneceri işə götürməyi test edə bilərsiniz. Bir sıra idarəçilər artıq izləyicilərinizin təxmin etməkdə çətinlik çəkəcək qədər razı qaldıqlarını bildirib.


Bu və ya digər funksiyalardan faydalanmaq üçün ChatGPT-ni birbaşa vebsaytınıza inteqrasiya etmək kifayət edəcək.


ChatGPT inqilabi dəyişiklik kimi, yəqin ki, iş bazarında və rəqəmsal dünyada bir sıra dəyişiklikləri özü ilə gətirəcək. Bizə isə, bu müddət ərzində modeldən yararlanmaq və müsbət dəyişiklikləri izləmək düşər! 🚀


 
bottom of page