top of page

Startapınızın inkişaf mərhələsində istifadə edə biləcəyiniz 5 alət

Updated: Dec 22, 2022

Şübhəsiz ki, hər bir startapın inkişaf periodunu müəyyən alətlərin istifadəsi olmadan təsəvvür etmək olmaz. Bu müddətdə sahibkarın əsas qayğısı başlanğıc xərclərini mümkün qədər aşağı saxlamaqdır. Ən yaxşı alətlərin köməyi ilə bəzi əməliyyat xərclərini minimuma endirmək mümkündür.


Bir sıra alətlər və resurslar mövcuddur ki, onlar yalnız başlanğıc xərclərini minimuma endirməyə kömək etmir, həm də startap komandasının vaxtına qənaət etməklə effektiv iş ortaya çıxarmağa kömək edir.


Bugünki bloqumuzda sizinlə startapınızın inkişafına töhfə verəcək 5 effektiv aləti bölüşəcəyik. Elə isə, getdik!


1. Trello:

Rəqəmsallaşmanın təsirləri bizneslərdən də yan keçmədi. Rəqəmsal tapşırıq və layihə idarəetmə platforması kimi Trello son illərdə bizneslər üçün aktual olmağa başladı. Trello bir proqramdan digərinə keçmədən öz istifadəçilərinə komanda üzvləri ilə əməkdaşlıq etmək və layihələri ilə bağlı tapşırıqları yerinə yetirmək imkanı verir. Yalnız bir baxışla istifadəçilər həm tapşırıqlar, həm də bu tapşırıqların kimə tapşırıldığını, onların cari statusu barədə vəziyyəti görə bilirlər. Bəs startaplar bunu necə tətbiq edə bilər? Olduqca rahat! Çünki çevik idarəetmə sevən startap mühitində bu tapşırıqların statusunu dəyişmək, bir şəxsdən digərinə köçürmək bu platformada çox asan olacaq.


2. Wix:

Hər uğurlu startapın əsas təməllərindən biri də onun bazara təqdim olunmasından öncə və ya bir müddət sonra veb-saytının və ya tətbiqetməsinin hazırlanmasıdır. Veb-sayt yaradılması, tətbiqetmə yığılması və müəyyən optimizasiyaların ekspertlər tərəfindən aparılması üçün Wix rahat seçimlərdən biridir. Limitsiz fontlar, veb-sayt şablonları və s. xüsusiyyətləri ilə seçilir. Platformanın istifadəçiyönümlü funksiyaları nəticəsində komandanız və ya özünüz belə Wix platforması üzərindən veb-saytınızla bağlı istənilən düzəlişi asanlıqla həyata keçirə bilərsiniz!


3. Google Analytics:

Tapşırıqlar yolunda gedir, veb-sayt və ya tətbiqiniz istifadəyə verilib, yerdə qalır satışı artırmaq! Satışı artırmaq və rəqəmsal marketinq strategiyanızın uğurla aparılması və izlənilməsi üçün Google Analytics sizə fayda verə bilər. Marketoloqlar tərəfindən ən sevimli platformalarından biri olan Google Analytics kampaniyalarınızı idarə etmək, istifadəçi davranışlarınızı təhlil etmək, veb-sayt və satış konversiyanızı yaxından izləmək üçün bazarda olan ən yaxşı alətlərdən biri ola bilər.


4. Canva:

Sosial media platformalarında aktivliyin yolu uğurlu kontentdən keçir. Lakin bəzən bu uğurlu vizualı hazırlamaq müəyyən resurs məhdudiyyətlərinə görə elə də əlçatan olmur. Öz keyfiyyətli elementləri, pulsuz təklif etdiyi şablonlar və alətlərlə Canva kontent yaratmağınız üçün startapınızın inkişafında rol oynaya bilər. Saytın premium paketi də bir sıra əlavə üstünlüklər və imkanlar təklif edir.


5. Hubspot:

Bəzən Akselerasiya mərhələsində olan startaplar seçimlə üzləşir: “Minimum xərclə bütün biznes fəaliyyətini bir platforma üzərində həyata keçirmək” yoxsa “Hər bir platformadan ayrı-ayrılıqda üzvlük əldə etmək”. Belə bir seçim qarşısında qalmısınızsa və bütün xərcləri minimuma endirib yüksək keyfiyyət əldə etmək istəyirsinizsə, illərdir aktuallığını saxlayan Hubspot işinizə yaraya bilər! CRM, Layihələrin idarə olunması, Mail marketinq və s. xidmətləri özündə birləşdirən bu platforma sərfəli qiymətə bütün xidmətlərinizi həyata keçirməkdə köməyinizə çata bilər.


bottom of page