Proqram qrafiki
İdeya
3 HƏFTƏ
Biz müxtəlif fərdlər və komandalarla işləyərək onlara ideyalarını formalaşdırmaqda və şəxsi keyfiyyətlərə uyğun olaraq komandalara bölünməkdə kömək edəcəyik
Təhlil
3 HƏFTƏ
Komandalar ideyalarına tam fokuslana bilmək üçün bütün lazımi alətlərlə təmin olunacaqlar
Doğrulama
3 HƏFTƏ
Ekspertlərimiz komandalara biznes plan strategiyası hazırlamağa, ilkin versiyanı yaratmaq üçün diqqət etməli olduqları addımları təyin etməkdə dəstək olacaqlar
MVP
12 HƏFTƏ
Biz komandalarımıza öz məhsullarını inkişaf etdirmələri üçün onu sınaqdan keçirməkdə və lazımi istifadəçi rəyləri toplamaqda yardımçı olacağıq
Maliyyələşmə
3 HƏFTƏ
İnkişafın son mərhələsi olan maliyyələşmədə komandalar bütün lazımi işləri görüb “Vençur günü”nə hazırlaşacaqlar
Qəbul Prosesi

Onlayn
müraciət
Təlimatdakı addımları izləyərək və bütün lazımi sənədləri yükləmənizdən əmin olaraq müraciət formunu doldurun

Müraciətlərə
baxış
Komandamız son tarixdən öncə olunmuş bütün müraciətləri gözdən keçirəcək. Qoyduğumuz meyarlara uyğun olan ən yaxşı namizədlər seçilərək növbəti mərhələyə keçəcəklər

SABAH.lab ilə müsahibə
Müraciətçilər SABAH.lab komandası tərəfindən öz profilləri, sərt və yumşaq bacarıqlarına görə dəyərləndiriləcəklər

Tərəfdaşların
Qiymətləndirməsi
Proqram partnyorlarımız seçim mərhələsinin ədalətli şəkildə keçməsi üçün bütün namizədləri qiymətləndirəcəklər
Dəstək xidmətləri
Baku Investment Day
“Baku ID” startaplar üçün təşkil olunan, öz ideyalarını investorlara təqdim edə bilmək üçün yaradılmış bir şansdır. Burada startaplar öz biznes modellərini nümayiş etdirəcək, inkubasiya dövründə yaratdıqları startap ideyalarını təqdim edəcəklər.
İnvestorlar isə “Baku ID”-də hələ dəyəri yüksəlməmiş yeni startaplarla tanış olub onlara yatırım etmə fürsəti əldə edəcəklər.
Tədbirin qonaqları beynəlxalq startap şəbəkəsinin bir üzvünə çevriləcəklər.
"Baku Investment Day": 18 İyul, 2022